9 yanvar 2013 13:57
Saşa Yunisoğlu da Denizlispora keçir?
Türkiyənin “Denizlispor” klubunda daha bir azərbaycanlı futbolçu peyda ola bilər. Azerisport.az xəbər verir ki, bu, Saşa Yunisoğludu.
Məlum olduğu kimi, “Neftçi” ilə yollarını ayıran müdafiəçi hazırda özünə yeni klub axtarır. Onun karyerasını davam etdirmək ehtimalı olan klublardan biri də məhz “Denizlispor”du.
“Hazırda 2-3 klubdan dəvət almışam. Amma ad çəkmək istəmirəm. Türkiyəyə getmək variantı da var. Lakin hələlik ailə vəziyyətimə görə ölkədə qalmağı üstün tuturam. Yaxın günlərdə karyeramı harda davam etdirəcəyim dəqiqləşəcək”.
Maraq üçün bildirək ki, “Denizlispor”da Rail Məlikovla Arif İsayev də çıxış edir.
