9 yanvar 2013 14:08

Bakı Kamran Ağayev və Rauf Əliyevlə müqavilə bağlamaq üzrədi

“Bakı” “Qarabağ”ın hücumçusu Rauf Əliyev və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevi heyətinə qatmağa yaxındı. Azerisport.az xəbər verir ki, paytaxt klubu hər iki futbolçu ilə yaxından maraqlanır və danışıqlar aparır.
 
Bunu saytımıza müsahibəsində klubun vitse-prezidenti Zeynal Məmmədov da təsdiqləyib: “Raufla Kamranın komandamıza keçidi zaman məsələsidi. Biz artıq müqavilənin detallarını da razılaşdırmışıq. Hər iki futbolçu “Bakı”da oynamağa razıdılar. Qalır sadəcə klubun prezidenti Hafiz Məmmədovun razılıq verməsi. Hazırda o, ölkə xaricindədi. Yəqin ki, axşama yekun qərarını açıqlayacaq. Klubumuzun prezidenti yığma üzvlərinə həmişə diqqətlə yanaşır. O, bu transferin əleyhinə olmayacaq”.

Məmmədovun sözlərinə görə, futbolçuların razılığın aldıqdan sonra “Bakı” artıq qarşı tərəflə - klublarla da danışıqlara start verib. O, hansısa problemlə üzləşəcəklərini istisna edir.

Maraq üçün qeyd edək ki, Rauf Əliyev “Qəbələ”dən də təklif almışdı. Amma göründüyü kimi, o, bölgə təmsilçisini yox, paytaxt klubunu seçib.

Məmmədov komandadan gedənlərdən də danışıb. O, bildirib ki, baş məşqçi Bojidar Bandoviç Cəmşid Məhərrəmov və Ramazan Abbasovdan imtina edib. Hər iki futbolçu transfer vərəqini alıb və hazırda azad agent statusuna malikdilər.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.