10 yanvar 2013 02:14
İtaliya Kuboku: Juventus və Lazio yarımfinalda!
Futbol üzrə İtaliya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, bu mərhələnin də oyunları bir görüşdən ibarətdi.
İlk oyun günündə bir qarşılaşma baş tutub. “Lazio” “Catania”nı qəbul edib. Meydan sahibləri üç cavabsız qolla ilk yarımfinalçı olublar.
İkinci oyun günündə isə İtaliya çempionu “Juventus”la “Milan” qarşılaşıb.
Qeyd edək ki, bu mərhələnin digər oyunları (Inter – Bologna və Fiorentina – Roma) yanvarın 15-16-da keçiriləcək.
İtaliya Kuboku
1/4 final
8 yanvar
Lazio – Catania – 3:0
9 yanvar
Juventus – Milan – 2:1
