9 yanvar 2013 14:22
Rauf Əliyev keçmək istədiyi komandanın adını açıqladı
“Qarabağ”ın hücumçusu Rauf Əliyev bundan sonra oynamaq arzusunda olduğu komandanın adını açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Premyer Liqanın bir neçə klubundan təkliflər almışdım. Maraqlananların hər birinə təşəkkürümü bildirirəm. Etiraf edim ki, “Bakı” ilə daha geniş görüşümüz oldu. Həmin görüşdə bütün detalları razılaşdırdıq. “Bakı”nın şərtləri də ürəyimcə oldu. İndi yalnız müqaviləyə imza atmaq qalır. “Bakı”da oynamaq istəyirəm”.

Qeyd edək ki, Rauf Əliyevin “Qəbələ”, “Xəzər Lənkəran”, “Neftçi” kimi klublara da keçidi gündəmdə idi.