9 yanvar 2013 14:30
Kəpəz dörd legionerə qapını göstərdi
Qış fasiləsində "Kəpəz" heyətdə olan əcnəbi futbolçulardan bəziləri ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, komandanın sıralarını qapıçılar İvan Radoş, Arsen Ondobo, yarımmüdafiəçi Bujamin Asani və hücumçu Yuri Fomenko tərk edib.
Bu futbolçularla müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Heyətdə yalnız iki legioner saxlanılıb. Yarımmüdafiəçilərdən Nikolay Svejentsev və Armando Feutçine mövsümün qalan hissəsində də "Kəpəz"in şərəfini qoruyacaq. Halbuki, öncə onların da heyətdən kənarlaşdırıldığı barədə xəbərlər yayılmışdı.
