9 yanvar 2013 15:15
Cihan Özkara oynadı, qələbəyə həsrət qaldı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara “Sivasspor”un heyətində meydana çıxmaq şansı qazanıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü komandasının “Ofspor”la görüşünün iştirakçısı olub.
Antalya toplanışı çərçivəsində baş tutan qarşılaşma 1:1 hesabıyla başa çatıb. Özkara “Sivasspor”un əsas heyətində meydana çıxıb.
