9 yanvar 2013 15:32
Zlatinov kiçik qardaşını da İnterə gətirir
“İnter”in bolqarıstanlı yarımmüdafiəçisi Petar Zlatinovun doğma qardaşı – Vladislav paytaxt klubuna keçə bilər. Azerisport.az xəbər verir ki, buna onun klubsuz qalması səbəb olub.
Belə ki, Vladislav Zlatinovun çıxış etdiyi “Slaviya” onun xidmətində maraqlı olmadığını açıqlayıb. Çünki futbolçu yeni baş məşqçinin etimadını doğrulda bilməyib.
İndi klubsuz qalan Zlatinovun böyük qardaşının yanına gəlməsi ehtimalı böyükdü. Xatırladaq ki, kiçik Zlatinovun “İnter”ə keçidi 2009-cu ildə də gündəmə gəlmiş, amma baş tutmamışdı.
