9 yanvar 2013 16:18
Bakı Azərbaycan millisinin daha bir üzvünü heyətinə cəlb edir
“Bakı” futbol üzrə Azərbaycan yığmasının daha bir üzvünü heyətinə qata bilər. Bu barəbə azerisport.az saytına müsahibəsində klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib:
“Cavid Hüseynov da bizim maraq dairəmizdədi. Eyni zamanda əlavə üç legioner futbolçu da alacağıq. Amma onların kimlər olacağına toplanış zamanı aydınlıq gələcək”.
“Cavid Hüseynov da bizim maraq dairəmizdədi. Eyni zamanda əlavə üç legioner futbolçu da alacağıq. Amma onların kimlər olacağına toplanış zamanı aydınlıq gələcək”.
Qeyd edək ki, “zolaqlılar” yaxın bir-iki gündə “Qarabağ”ın forvardı Rauf Əliyev və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevlə müqavilə bağlamağa hazırlaşır. Cavid isə hazırda Türkiyənin "Adana Demirspor" klubunda çıxış edir.
