9 yanvar 2013 16:53
Yığmamızın yarımmüdafiəçisi Rusiya klubunda baxışda olacaq
Futbol üzrə Azərbaycanın U-19 yığmasının yarımmüdafiəçisi David Qarayev klubunu dəyişə bilər. Azerisport.az xəbər verir ki, Vladiqafqaz “Alaniya”sında çıxış edən futbolçumuz “SKA-Energiya”da top qovmaq istəyir.
Tezliklə o, yeni komandasının düşərgəsinə qoşulacaq. Baxışdan uğurla keçəcəyi halda, millimizin üzvü ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, Qarayev hazırda U-19-la birlikdə Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə çıxış edir.
