9 yanvar 2013 17:01
Quliyev daha üç il Neftçidə
Azərbaycan çempionu “Neftçi” öz yetirməsi olan Eşqin Quliyevlə müqavilə müddətini artırıb. Azerisport.az xəbər verir ki, futbolçu daha üç il "Neftçi"nin şərəfini qoruyacaq.
E.Quliyev bununla bağlı fikirlərini klubun rəsmi saytına danışıb:
“Neftçi” kimi bir klubun futbolçusu olmaq qürurverici hissdi. Çalışacam ki, məşqçilərin etimadını doğruldum və əsas heyətdəki yerimi bərpa edim. İnanıram ki, “Neftçi” ardıcıl 3-cü dəfə ölkə çempionluğunu bayram edəcək və bunda mən də pay sahibi olacağam”.
