10 yanvar 2013 17:14

Aleksandr Şoliç: Mövsümü titulla tamamlamalıyıq

“Bakı”nın xorvatiyalı yarımmüdafiəçisi Aleksandar Şoliç geniş müsahibəsində ötən il komandasının Premyer Liqadakı çıxışı və öz oyunu barədə sualları cavablandırıb. Azerisport.az sizi “zolaqlılar”ın vitse-kapitanının müsahibəsi ilə tanış edir.
 
- Ötən il sizin üçün necə keçdi?
- Ötən mövsüm başlamamışdan böyük bir şok yaşamışdıq. Avropa liqası ilə erkən vidalaşmağımız bütün komandaya eləcə də mənə mənfi təsir etmişdi. Psixoloji cəhətdən sarsılmağımız   özünü çempionatın ilk turlarında biruzə verməyə başladı. Ona görə də mövsümə uğursuz başladıq. 5-6 oyunda qalib gələ bilmədik. Bundan sonra sanki hər şey qaydasına düşdü. Bir neçə oyunlarda qalib gəlsək də, ardını gətirə bilmədik. İlin son 5-6 oyununda isə komanda yaxşı oyun göstərdi lakin bəxtimiz gətirmədi. Bəzi oyunlarda  xalımız  hakim səhvləri nəticəsində yandı.
 
- Çempionatda adət etmədiyimiz 10-cu yerdəsiniz...
- Bu çox acınacaqlı mövqedir. Mən komanda yoldaşlarımla tez-tez bu barədə danışıram. Bununla heç birimiz razılaşa bilmərik. Hamımız bir çıxış yolu axtarırıq, narahatçılıq keçiririk. Ikinci dövrədə toparlanmalıyıq. Hamı bir yumruq olmalı, pozitiv fikirlərlə yüklənməlidir.Hələ heç nə itirilməyib. Bizim həm altılığa düşmək həm də ölkə kubokunda irəliləmək imkanımız var. Bizim ehtiyatda 2 oyunumuz da var. Bu oyunlarda qalib gəlsək bu 6 xal deməkdir. Komandanın hazırkı potensialı da buna imkan verir. İnanıram ki, ikinci dövrədə komandamız daha da güclənmiş heyətlə nəinki irəli gedəcək, Avrokuboklara vəsiqəni də təmin edəcək.
 
- “Bakı” elə bir komandadır ki, heç kimin gözləmədiyi halda toparlanaraq nailiyyət qazanmağı bacarır. Azərbaycan çempionatında özünəməxsus xarakteri olan komanda, təəssüflər olsun ki,  indi elə bil həmin komanda deyil?
- Sizi başa düşdüm. Bəli, biz ən çətin anlarda toparlanmağı bacarmışıq. Bu klub rəhbərliyinin dəstəyi nəticəsində baş tutub. Dəfələrlə çətin vəziyətə düşsək də, ölkə kubokunu qazanaraq Avrokuboklara çıxmışıq. Fərdi olaraq da, turnir cədvəlində geridə olsaq da,  çempionatın ən güclü komandalarını məğlub etmişik. Bu xarakter bizdə var. Narahat olmayın, siz “Bakı”nın gücünü ikinci dövrədə görəcəksiniz. Biz bu xarakteri mütləq nümaiş etdirəcəyik.
 
- Ötən il komandanız rəqib qapılarına çox az qol vurdu. Bununun səbəbini nədə görürsünüz?
- Elə bir mövsüm olmayıb ki, “Bakı” nominal hücumçusuz oynasın. Bu mövsüm dəfələrlə hücum xəttimizdə problemlər yaşandı. Bizim bir hücumçumuz komandadan kənarlaşdırıldı digəri isə zədələndi. Gənc hücumçular isə təcrübəsiz olduğu üçün çətinlik çəkdik. Biz qapıdan çox uzaq oynayırdıq. Bildiyiniz kimi, oyunun taleyini hücumçular həll edir. Bu bütün komandalarda belədir. Belə vəziyətdə isə bizim çoxlu qol vurmaq imkanımız olmadı.  Yəqin ki, fevralda komanda bu sitiasiyadan çəxacaq.
 
- Yarımmüdafiəçi olsanız da, hər mövsüm komandanızın ən çox vuran oyunçularından olmusunuz. Bu üstünlüyünə görə, futbolsevərlər arasında çox sevilirsiniz. Bu mövsüm biz həmin Şoliçi gərə bilmirik. Bəziləri isə Şoliçin oyununu itirdiyini deyirlər...
- Bunun səbəbləri barədə çox düşünməmişəm. Bəlkə də yeni oyun sisteminə uyğunlaşmaq da buna səbəb ola bilər. Hər halda iki qol vumuşam. Bu çempionat oyunlarında komandamız üçün hal-hazırda ən yaxşı göstəricidir. Bu fikirlərlə tam razı deyiləm. Həm də mən qol vurmaqdan daha çox komandam üçün önəmli olmalıyam. Mənim mövqeyimdə bu ikinci dərəcəli vəzifədi. Mən əvvəlki gücdəyəm.  Bu mövsümdə   meydana çıxdığım son 5-6 görüşdə pis oynamamışam. Sadəcə ötən mövsümdə ötürmə edib ötürmə aldığım futbolçular çox idi. Bu il isə hücum xəttində çətinliklərimiz olduğundan mənim də məhsuldarlığım düşdü. Başa düşürəm ki, mən meydanda olanda hamı məndən qol gözləyir. Ama bu hər dəfə məndən asılı deyil. Bəzi oyunlarda meydana sonradan çıxmağım isə baş məşqçinin taktiki seçimi ilə bağlıdır.
 
- Bildiyiniz kimi “Bakı” İspaniyanın “Atletiko” klubu ilə əmkdaşlıq edir. Bu barədə nə düşünürsünüz?
- “Bakı”nın beynəlxalq aləmdə tanınması hamımızı sevindirir. Bu çox uğurlu və maraqlı layihədir. Bunu görə cənab Hafiz Məmmədovu təbrik edirəm. Yayda “Atletiko” Bakıya gələrək bizimlə oyun keçirəcək. Əlbəttə, biz bununla qürur duyuruq. “Bakı” Azərbaycan üçün böyük klubdur, brenddir. Yaxın illərdə bu klub daha da böyük miqyasda tanınacaq və uğurlar qazanacaq. Çox istərdim ki, bu uğurlarda mən də pay sahibi olum.
 
- Araşdırmamız nəticəsində sizinlə bağlı  “Bakı” futbol klubunun tarixində maraqlı statistika ilə rastlaşdıq. Klubun tarixində ən çox oyun keçirənlərin siyahısında üçüncüsünüz. Nəzərə alsaq ki , ilk iki pillədə olan Xalidu Sissoko və Rafael Əmirbəyov karyeralarını başa vurublar, sizin birinci olmaq şansınız daha çıxdur...
- Bu, onu göstərir ki, mən “Bakı”da öz oyunumu tapmışam. Xatırlayırsınızsa, klubun heyətində 100 oyun keçirməyimlə bağlı klub rəhbərliyi məni mükafatlandırmışdı. Bu maraqlı statistikadır. Mən “Bakı”nın tarixinə onsuz da düşmüşəm, ən çox oyun keçirən oyunçu kimi də düşmək maraqlı olar. Hər halda mən bunun üçün əlimdən gələni edəcəyəm.  Buna nail olmasam belə, üzülməyəcəyəm. Mənli və ya mənsiz,  əsas komandanın uğur qazanmasıdır. 
 
- Sizə şəxsi həyatınızda və karyeranızda uğurlar arzu edirik...
- Təşəkkür edirəm. Mövsümün sonunda biz sizinlə bir daha danışacağıq. İnanıram ki, o müsahibədə bizim sözhətimiz başqa məcrada gedəcək. Biz mövsümü titulla tamamlamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.