10 yanvar 2013 18:12
Azərbaycan millisi Malta ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Berti Foqtsun yetirmələri Malta ilə üz-üzə gələcəklər.
Bu barədə Malta mətbuatı məlumat yayıb. Məlumatda o da bildirilir ki, görüşün avqust ayında Bakıda keçirilməsi nəzərdə tutulub.
AFFA isə hələlik məlumatı təsdiqləmir.
