10 yanvar 2013 18:25
Simurqdan Bəxtiyar Soltanov açıqlaması
"Simurq" ilk transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, komanda bu gün Bəxtiyar Soltanovu mövsümün sonuna qədər "Qarabağ"dan icarə əsasında heyətinə qatıb.
“Sarı-qaralar”la rəsmi müqavilə imzalayan gənc futbolçu artıq Antalyada təşkil olunacaq təlim-məşq toplanışına yollanıb.
Qeyd edəki, Bəxtiyar qış transfer "pəncərəsi"ndə "Simurq"un ilk transferidi. O, komandanın heyətində 27 nömrəli forma ilə mübarizə aparacaq.
