11 yanvar 2013 00:25
Simurq da Antalyaya yollandı
"Simurq" qış hazırlıqlarına start vermək üçün Antalyaya yola düşüb. Azerisport.az xəbər verir ki, vitse-prezident Aydın Rizayevin rəhbərliyi altında qardaş ölkəyə gedən Zaqatala təmsilçisi bu gündən ehtibarən gündə iki dəfə olmaqla fiziki hazırlıqlı məşqlərə başlayacaq.
Legioner futbolçular isə öz ölkələrindən birbaşa Antalyaya gələcəklər.
Qeyd edək ki, "Simurq"un Antalyada təşkil olunmuş təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. “Sarı-qaralar” yanvar ayının 17-nə qədər "Mardan Spor Kompleksi"ndə fiziki ağırlıqlı məşqlər keçəçək və sonuncu gün ilk yoldaşlıq görüşünə çıxacaq. İki günlük istirahətdən sonra komanda Belek bölgəsində yerləşən "Atlantik" otelinə keçəçək və toplanışın növbəti mərhələsinə başlayacaq. Burada isə Zaqatala təmsilçisi dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Komanda fevralın 1-də Antalya toplanışını başa vuraraq ölkəyə qayıdacaq.
