11 yanvar 2013 00:03
Arif İsayev Denizlisporda ilk qolunu vurdu
Türkiyənin “Denizlispor” klubu Antalya toplanışı çərçivəsində növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Dənizli klubu bu dəfə “Malatyaspor”la qarşılaşıb.
Bu oyunda “Denizlispor”un azərbaycanlı futbolçuları da iştirak ediblər. Belə ki, həm Rail Məlikov, həm də Arif İsayev meydana start heyətdə çıxıblar. İsayev hətta qol da vurmağa imkan tapıb. Qeyd edək ki, bu, Arifin yenicə keçdiyi Türkiyə klubunda ilk qoldu.
Qarşılaşma isə 4:4 hesablı heç-heçə ilə başa çatıb.
