10 yanvar 2013 11:48
Mahir Şükürov: Hazırda heç bir azərbaycanlı futbolçu bu ölkədə çıxış edə bilməz
“Neftçi”nin müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində komandasının qarşıdakı toplanışı ilə bağlı fikirlərini açıqlayıb.
- Antalya toplanışından nə gözləyirsiz?
- Düzünü deyim ki, məşqlər üçün darıxmışam. Optimal formamızı qaytarmağımız lazımdı. Xüsusilə də yoxlama oyunlarını gözləyirəm. Bu, toplanış vaxtı daha vacibdi. Ötən il də göstərdi ki, nə qədər çox oyun keçirirsənsə, bir o qədər yaxşı təsiri olur. “Neftçi” 2012-ci ildə bütün Azərbaycan klublarından çox oyun keçirdi.

- Yoxlama oyunlarında nəticə önəmlidi?
- Bizim üçün hər bir oyun önəmlidi. Hətta toplanış zamanı da nəticə əsasdı. Fevraldakı oyunlara hazır olmaq lazımdı. Əgər komanda qələbə qazansa, çempionat oyunlarına da yaxşə əhval-ruhiyyədə start vermiş olarıq.
- Amma ötən ilin sonlarına təsadüf edən oyunlarınız o qədər də parlaq alınmadı...
- Ola bilər ki, bu, Avropa Liqasında çoxlu güc itirməyimizdən irəli gəlirdi. Biz bu turnirdə altı gözəl oyun keçirdik. Məhz həmin qarşılaşmalarla əlaqədar çempionatdakı bəzi oyunlarımızda xal itkilərimiz oldu. Lakin bundan sonra bizim bütün fikrimiz məhz Premyer Liqaya yönələcək. Özü də liderdən o qədər də geri qalmırıq.
- Lider “İnter”lə oyununuzda da heç nə edə bilməmişdiniz...
- “İnter”lə onun meydanında oynamaq çox çətindi. Çünki “Şəfa” stadionu süni örtüklüdü. Lakin bizim onlarla daha bir oyunumuz var. Özü də təbii örtüklü stadionda oynayacağıq. Fikrimcə, biz həmin oyunda bu komandanı məğlub edəcəyik. Əgər “Neftçi” öz oyununu sərgiləsə, heç kim ona mane ola bilməz.
- Fevralda həmçinin yığmamızın da toplanışı olacaq...
- Fevralda həmçinin yığmamızın da toplanışı olacaq...
- Yığmada oynamaq şərəfdi. Biz burda yığmanın futbolçuları ilə bir araya gəlmiş olacağıq. Hər belə toplanış bizim bir-birimizi daha yaxından tanımağımıza kömək edir.
- Ruslan Abışovun Rusiya “Rubin”inə mümkün keçidi barədə nə deyə bilərsiz?
- Abışova uğurlar arzulayıram. Mən istərdim ki, onda hər şey alınsın. Amma orda hər şey o qədər də asan deyil. Rusiyada oynamaq çox çətindi. Hazırda heç bir azərbaycanlı futbolçu bu ölkədə çıxış edə bilməz. Orda həm tələbat böyükdü, həm də ödənişlər. Baxın görün Rusiyada necə legionerlər çıxış edirlər. Ona görə də bizimkilərə orda çətin olacaq.