10 yanvar 2013 12:15
Qarabağ artıq Antalyadadı
“Qarabağ” artıq Antalyadadı. Azerisport.az xəbər verir ki, 2013-cü ildə ilk dəfə toplaşan Ağdam klubu birbaşa qardaş ölkəyə yollanıb.
“Qarabağ” Bakı – İstanbul – Antalya reysiylə hərəkət etməliydi. Amma İstanbuldakı hava şəraiti ilə əlaqədar olaraq 1-ci reys 1 saat gecikməylə reallaşıb. İstanbulda isə “Qarabağ”n legionerləri Miro Varvodiç, Ansi Aqolli, Admir Teli, Muarem Muarem komandaya qoşulublar. “Qarabağ” Antalyaya 19:15-də çatıb.1 saat sonra isə komanda artıq təlim-məşq toplanışı müddətində qərarlaşacağı “İC Santai” otelinə çatıb.
“Qarabağ” bu gün yeni ildə ilk məşqinə çıxacaq.
