10 yanvar 2013 12:44
Yuri Fomenko paytaxt klubu ilə müqavilə imzaladı
Bir neçə gündən sonra Antalyaya yollanacaq "İnter" ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu ukraynalı hücumçu Yuri Fomenko ilə müqavilə bağlayıb.
Daha öncə "Kəpəz"də çıxış etmiş futbolçu ilə 6 aylıq müqavilə imzalanıb. Qeyd edək ki, 26 yaşlı hücumçu karyerası ərzində Ukraynanın "MFK Nikolayev", "Stal"(Alçevsk), "Prikarpatye"(İvano-Frankovsk) və "Qelios"(Xarkov) klublarında çıxış edib.
2011-ci ildən "Kəpəz" klubunda forma geyinmiş forvard Azərbaycan Premyer Liqasında 50 dəfə meydana çıxıb və 14 qola imza atıb.
