10 yanvar 2013 12:57
Qarabağ Bəxtiyar Soltanovu yenə icarəyə verdi
“Qarabağ”ın futbolçusu Bəxtiyar Soltanovin karyerasını harda davam etdirəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, o, bundan sonra “Simurq”da çıxış edəcək.
Belə ki, Ağdam təmsilçisi futbolçusunu Zaqatala klubuna icarəyə verib. Mövsümün ilk yarısını “Kəpəz”də icarədə keçirən 23 yaşlı forvard may ayına kimi Zaqatala klubuna xidmət edəcək.
