10 yanvar 2013 13:09
Simurq: Bəxtiyar Soltanov ilə müqavilə bağlamamışıq
“Simurq” hələ Bəxtiyar Soltanovla müqavilə imzalamayıb. Azerisport.az saytına bu barədə Zaqatala klubundan məlumat verilib.
Maraq üçün qeyd edək ki, artıq “Qarabağ” futbolçusunu Zaqatala klubuna icarəyə verməsi barədə rəsmi məlumat yayıb. Amma “Simurq”dan bildirirlər ki, hələlik Bəxtiyarla münasibətlər tam rəsmiləşdirilməyib. O, komanda ilə birgə Antalyaya gedəcək. Hər şeyə də məhz qardaş ölkədə qərar veriləcək.
