11 yanvar 2013 01:37
Kəpəz Bakıda hazırlaşacaq
"Kəpəz" qış fasiləsindən yanvarın 14-də qayıdacaq. Azerisport.az xəbər verir ki, məhz həmin tarixdə komanda uzun istirahətdən sonra hazırlığı bərpa edib, təlim-məşq toplanışına başlayacaq.
Gəncə şəhər stadionunun ot örtüyünün durumu ilə əlaqədar "Kəpəz" məşqlərə Bakıda start verəcək. Heyət ilkin mərhələdə hazırlığını "Dalğa Arena"da keçəcək.
