10 yanvar 2013 13:48
Cavid Hüseynov: Bakıya keçmirəm, Adana Demirspora lazımam
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Adana Demirspor” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov azerisport.az saytına müsahibəsində “Bakı”ya keçəcəyi barədə xəbərlərə münasibət bildirib.
- Sizi təbrik etmək olar?
- Siz yəqin ki, “Bakı”ya keçidim barədə xəbərlərə işarə vurursuz. Əgər elədisə, buna dəymir. Çünki mən bu komandaya keçmirəm.

- Niyə?
- Çünki klubum məni buraxmadı. Dekabrın sonunda mən “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovla görüşdüm. Onunla demək olar ki, hər şeyi dəqiqləşdirmişdim. Amma “Adana Demirspor”da bildirdilər ki, mən komandaya lazımam və burda qalmalıyam.

- Kiminlə danışdınız?
- Klub prezidenti ilə. O, məni inandırdı ki, birinci dövrədə yığma komandaya tez-tez çağırıldığıma görə az oyun şansı qazanırdım. İkinci dövrədə isə oynayacağam. Komanda qarşısına Super Liqaya çıxmaq vəzifəsini qoyub. Mən bu yolda onlara kömək etməliyəm.

- Əsas heyətdə oynayacaqsız?
- Yanvarın 6-da keçirilən yoxlama oyununda mən 90 dəqiqə meydanda oldum. Biz “Konyaspor”u 1:0 məğlub etdik. “Bakı”ya gəlincə, mayda mənim Türkiyə klubu ilə müqaviləm başa çatandan sonra, bu komandaya keçidimə heç nə mane ola bilməz.

- “Denizlispor”da çıxış edən Rail Məlikov Arif İsayevi yanına apardı. Təsadüfən siz də yanınıza kimisə dəvət etməmisiz?
- (gülür) Burda hər şey fərqlidi. Bu, o qədər də asan deyil. Niyəsini də soruşmayın. Yeri gəlmişkən, dünən Raillə Arifin yanında oldum. Yaxşı kollektivləri var. Hiss olunur ki, onlarda hər şey yaxşıdı. Onlara görə sevindim.

- Yanvarın axırında start götürəcək millinin növbəti toplanışı sizə əlavə problemlər yaratmayacaq ki?
- Klub prezidenti də məndən soruşdu ki, həmin toplanışı buraxa bilərəm, ya yox? Amma mən Azərbaycan yığmasından ayrı qalmaq istəmirəm. Yəqin ki, millinin düşərgəsinə yollanacağam.

- Hər halda fevralın 6-da keçiriləcək Lixtenşteynlə rəsmi yoxlama oyununa dəvət olunsanız, məcbur getməlisiz...
- Bu oyunun rəsmi xarakter daşıdığını bilmirdim. Yəqin ki, rəsmi qaydada dəvət gəlsə, klub da buraxmaq məcburiyyətində qalacaq.