10 yanvar 2013 14:21
Neftçi dünya reytinqində irəlilədi, İnter gerilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, 2012-ci ilin yekunlarına görə dünyanın 436 ən güclü komandası arasında Azərbaycanın da iki klubu yer alıb.
Bunlar “Neftçi” və “İnter”di. Ötən ay 213-cü olan “ağ-qaralar” xeyli irəliləyiblər. Belə ki, Azərbaycan çempionu hazırda 191-ci yerdə gedir. Paytaxt təmsilçisinin hesabında 90,5 reytinq xalıv ar.
“İnter” isə hazırda 425-436-cı yerləri bölüşür. Ötən ay 410-cu olan “bankirlər”in hesabında 60,0 reytinq xalı var.
Bütövlükdə, reytinq siyahısının ilk onluğunda aşağıdakı klublar yer alırlar:
|
1.
|
(1.)
|
Barcelona
|
İspaniya
|
307,0
|
|
2.
|
(4.)
|
Chelsea
|
İngiltərə
|
279,0
|
|
3.
|
(3.)
|
Boca Juniors
|
Argentina
|
278,0
|
|
4
|
(2.)
|
Atletico
|
İspaniya
|
278,0
|
|
5.
|
(8.)
|
Corinthians
|
Braziliya
|
272,0
|
|
6.
|
(5.)
|
Bayern
|
Almaniya
|
270,0
|
|
7.
|
(7.)
|
Real
|
İspaniya
|
259,0
|
|
8.
|
(14.)
|
Juventus
|
İtaliya
|
231,0
|
|
9.
|
(17.)
|
Borussia (Dortmund)
|
Almaniya
|
226,0
|
|
10.
|
(10.)
|
Olympique (Lion)
|
Fransa
|
224,0
|
