10 yanvar 2013 14:54
Əli Gökdəmir Hannoverin Avroliqa üçün iştirak ərizəsinə salına bilər
Almaniyanın “Hannover” klubu futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmiri Avropa Liqası üçün sifariş ərizəsinə daxil edə bilər. Azeirisport.az xəbər verir ki, hazırda Bundesliqa təmsilçisinin baş məşqçisi Mirko Slomka heyəti müəyyənləşdirməyə çalışır.
Mümkündü ki, Əli Gökdəmir də Avroliqa oyunlarında iştirak etmək hüququ qazansın. Çünki o, hazırda komandayla birgə Portuqaliyanın Alqarve şəhərindəki toplanışda iştirak edir. Düzdü, o, yoxlama oyununda zədə alsa da, baş məşqçinin xoşuna gəlib.
Qeyd edək ki, “Hannover”i Avroliqanın pley-off mərhələsində Rusiya “Anji”si ilə oyun gözləyir.
