10 yanvar 2013 15:27
Cavid Hüseynov üçün daha bir şans
Türkiyənin PTT Birinci Liqasında çıxış edən “Adana Demirspor” daha bir sınaq matçı keçirəcək. Azerisport.az xəbər verir ki, adanalıların rəqibi “Gaziantep BB” olacaq.
Qeyd edək ki, “Adana Demirspor”un heyətində futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov da çıxış edir. O, bundan öncəki “Konyaspor”la sınaq görüşündə 90 dəqiqə meydanda olmuş və komandasının 1:0 hesablı qələbəsində pay sahibi olmuşdu.
