10 yanvar 2013 15:45
“Azərbaycan yığması ilə oyunda ikiqat artıq iş görməli oldum”
Futbol üzrə Ukraynanın U-19 yığmasının və “Dinamo”nun hücumçusu Roman Yaremçuk Sankt-Peterburqda keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə Azərbaycana qarşı keçirdikləri oyundan sonra müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Çətin oyun oldu. Demək olar ki, iki bərabər səviyyəli komanda qarşılaşırdı. Amma bizə qrup birincisi olmaq üçün mütləq qələbə qazanmaq lazım idi. Biz də bu vəzifənin öhdəsindən gələ bildik.
- Ukrayna yığmasında Aleksandr Petrakov daha çox hücum futboluna üstünlük verir. Sənin klub və yığmada həyata keçirdiyin funksiyalar nə qədər fərqlənir?
- “Dinamo”da tamamilə fərqli futbol üslubu var. Buna görə də hər komandada müəyyən fərqlər olur.
- “Dinamo”da tamamilə fərqli futbol üslubu var. Buna görə də hər komandada müəyyən fərqlər olur.
- Konkret olaraq nəyi qeyd edə bilərsiz?
- Ukrayna yığmasında güc futboluna da üstünlük verilir. Məsələn, klubda top uğrunda mübarizədə sona qədər qaçmaq o qədər vacib hesab olunmursa, yığmada bunu 100 faiz həyata keçirmək tələb olunur.
- Ukrayna yığmasında güc futboluna da üstünlük verilir. Məsələn, klubda top uğrunda mübarizədə sona qədər qaçmaq o qədər vacib hesab olunmursa, yığmada bunu 100 faiz həyata keçirmək tələb olunur.
- Sən meydana artıq komandamız 10 nəfərlə qalandan sonra çıxdın. Bununla əlaqədar sənə xüsusi tapşırıq verilmişdi?
- Hər top uğrunda sona qədər mübarizə aparmaq tapşırığı verilmişdi. Yəni komandaya hesabı qorumaqda yardımçı olmalıydım.
- Hər top uğrunda sona qədər mübarizə aparmaq tapşırığı verilmişdi. Yəni komandaya hesabı qorumaqda yardımçı olmalıydım.
- Səncə, qırmızı vərəqə olmasaydı da, belə tapşırıq alacaqdın?
- Mən meydana çıxanda Aleksandr Vasilyeviç bildirdi ki, təmiz hücumçu kimi oynamağıma ehtiyac yoxdu. Daha çox mərkəz oyunçularına kömək etməliydim. Belə çıxır ki, ikiqat iş görmək məcburiyyətində qalmışdım.
- 4-3-3 sxemi ilə oynamaq sənə rahatdı?
- Bəli, rahatdı. Çünki hücum xəttində 3 oyunçu olanda, qol vurmaq şansı da çox olur.
- Bəli, rahatdı. Çünki hücum xəttində 3 oyunçu olanda, qol vurmaq şansı da çox olur.
- Artıq qarşınızda yaxşı perspektiv yaranıb...
- Biz artıq yarımfinaldayıq. Qarşımıza ən yüksək hədəfləri qoymuşuq. Ukrayna yığması hələ bu turnirdə qalib olmayıb. Evə qələbə ilə dönmək istəyirik.
(Ukrayna mətbuatı)
(Ukrayna mətbuatı)
