10 yanvar 2013 16:09
Qarabağ Antalyada ilk məşqə çıxdı
2013-cü ilə Antalyada start verən “Qarabağ” bu gün ilk məşqə çıxıb. Azerisport.az xəbər verir ki, qış təlim-məşq toplanışına bu gün başlayan Ağdam klubu məşqə yerli vaxtla 11:00-da start verib.
Hazırlığa “Qarabağ”ın heyətində olan bütün futbolçular qatılıblar. Sadəcə baş məşqçidən icazə alan Riçard Almeyda təlim-məşq toplanışına 2 gün sonra qoşulacaq.
Hazırlıq öncəsi Qurban Qurbanov futbolçularla qısa söhbət edib. Təlim-məşq toplanışından yaxşı yararlanmağın vacibliyini vurğulayaraq hər bir futbolçudan maksimum çalışma əzmini gözlədiyini ifadə edib.
“Qarabağ”ın səhər çalışması 1 saat davam edib. Yüngül qaçışın ardından isinmə hərəkətləri edən komanda “kvadrat”la kifayətlənib.
“Qarabağ”ın 2-ci məşqi yeri vaxtla 17:00-a nəzərdə tutulub.
