10 yanvar 2013 16:28
Simurq Soltanovu icarəyə götürdü
“Simurq” nəhayət ki, “Qarabağ”ın hücumçusu Bəxtiyar Soltanovla razılığa gəlib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu bu günlərdə gənc forvardla yaya qədər müqavilə bağlayacaq.
Qeyd edək ki, “Qarabağ” Soltanovun “Simurq”a icarəyə verildiyini bəyan etsə də, Zaqatala klubu bunu təsdiqləmirdi. Amma bütün məsələlər həllini tapdıqdan sonra artıq bölgə təmsilçisi də bunu təsdiqləyib.
Maraq üçün xatırladaq ki, Soltanov qışa qədər də “Kəpəz”də icarədə idi.
