10 yanvar 2013 16:39
Xəzər Lənkərana Kamran Ağayev ilə bağlı heç bir müraciət daxil olmayıb
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin transferi ilə bağlı bir neçə klubun “Xəzər Lənkəran”a müraciət etməsi barədə xəbərlər həqiqəti əks etdirmir. Azerisport.az xəbər verir ki, bu barədə cənub klubundan məlumat verilib.
Qeyd edək ki, son günlərdə Kamranın “Bakı”ya keçəcəyi barədə xəbərlər daha çox dolaşır. Amma cənublular “Bakı”dan da rəsmi təklif almadıqlarını bildirirlər.
