10 yanvar 2013 16:45
Bakı Rauf Əliyevlə müqavilə bağlamağa yaxındı
“Bakı” futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevlə müqavilə bağlamağa yaxındı. Azerisport.az xəbər verir ki, artıq tərəflər müqavilənin bütün detallrını razılaşdırıblar.
İndi yalnız “zolaqlılar”ın prezidenti Hafiz Məmmədovun yekun razılığı qalıb. Ölkə xaricində olan klub başçısı hələ də vətənə qayıtmayıb. Amma Əliyevin keçidinin əleyhinə olmadığını bildirib.
Qeyd edək ki, Rauf Əliyevin “Qarabağ”la müqaviləsi olmasına rəğmən, klub rəhbərliyi onun başqa komandaya keçidinə imkan verib.
Qeyd edək ki, Rauf Əliyevin “Qarabağ”la müqaviləsi olmasına rəğmən, klub rəhbərliyi onun başqa komandaya keçidinə imkan verib.
