11 yanvar 2013 17:21

“Mən rəqabətdən heç vaxt qorxmamışam”

"Kəpəz"in qapıçısı Xəyal Zeynalov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, qolkiper komandanın çıxışından, öz oyunundan və digər məsələlərdən danışıb. Həmin müsahibəni təqdim edirik.
 
- Xəyal, ilk növbədə komandanın cıxışına münasibətini bilmək istərdik...
- Hamıya məlumdu ki, komandanın çıxışı ürəkaçan deyil. Yola saldığımız ildə qeydə alınan nəticəmizdən heç cür razı ola bilmərəm. Mövsümün əvvəlində "Kəpəz"in belə çıxışı gözlənilən deyildi. Amma çempionatın gedişində vəziyyətimiz göründü. Zəif oyun sərgilədik və turnir cədvəlində arzuedilməz yerdə qərarlaşdıq.
 
- Bu mövsum ötən ilkindən fərqli qapıda daha çox dayandın. Bunu nə ilə izah edərsən?
- Əvvəlki məşqçilər mənə şans verməyə üstünlük vermirdilər. Bunun səbəbi komandada olan legioner qapıcılar idi. Lakin mən əcnəbi həmkarlarımla öz aramda elə də ciddi fərq görmürdüm. Mahmud Qurbanov isə mənə şans verdi. Heyətdə kimin oynamasını məşqçi təyin edir. Yəni futbolçunun oynayıb-oynamamasında seçim məşqçinin əlindədi. Öz oyunumdan hardasa 70 faiz razı qaldım. İki il ehtiyatda qalan qapıçı ücün bu göstərici qənaətbəxşdi.
 
- Məğlubiyyətlərdə rolunu necə görərsən?
- Mən demirəm ki, uduzduğumuz oyunlarda günahım olmadı. Özümü ən çox günahkar gördüyüm oyun "Xəzər Lənkəran"la görüşümüz oldu. Çünki bu oyunda 11 metrlik cərimə zərbəsinə səbəb oldum. Həm də lazım olmayan halda kobud oynadım.
 
- Penaltidən top çıxardığın da oldu...
- Qapıda durduğum oyunlarda əleyhimizə üç penalti təyin olundu və bu zərbələrdən birini dəf etdim. Səkkiz oyunda "çərçivə"də durdum. Həmin matçlarda bir qələbə qazanıb, üç dəfə heç- heçə edib, dörd görüşdə məğlub olduq. Ən acı məğlubiyyət "Neftçi" ilə görüşdə oldu ki, 4 top buraxdım. Öz çıxışımdan az da olsa razıyam.
 
- Əsas heyətdə yer almaq uğrunda əsas rəqibin olan İvan Radoşun komandadan göndərilməsindən sonra şansın bir qədər də artdı. Sən nə düşünürsən?
- Mən rəqabətdən heç vaxt qorxmamışam. Radoş normal qapıçı idi. Mənim legioner və ya yerli qapıçılarla problemim olmayıb. Baş məşqçimiz şans verəcəyi təqdirdə yenə canla-başla "Kəpəz"imiz üçün əlimdən gələni edəcəyəm.
 
- Mövsümün qarşıdakı hissəsi haqda nə düşünürsən?
- Hələ heç nə deyə bilmərəm. Zamanla nəyə layiq olduğumuzu, nə bacardığımızı görəcəyik. Turnir cədvəlindəki mövqeyimizə baxmayaraq, rəqiblərdən çəkinməyib, mübarizə aparacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.