11 yanvar 2013 18:08
Neftçi artıq Türkiyədədi
"Neftçi" artıq Türkiyədədi. Azerisport.az xəbər verir ki, komanda üzvlərini daşıyan təyyarə Bakı vaxtı ilə saat 14:00-da Antalya şəhərinə enib.
"Mardan" otelində məskunlaşan "Neftçi", hazırlıq çərçivəsində ilk məşqini bu gün yerli vaxtla saat 18:00-da keçirəcək. Hazırlığın yanvar ayının 23-nə kimi davam edəcək birinci mərhələsi əsasən fiziki göstəricilərin yaxşılaşdırılması istiqamətində olacaq.
