12 yanvar 2013 01:10
Tuyqun Nadirov: Biz Orxan Əliyevlə yox, Uğur Pamukla maraqlanırıq
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov “Sumqayıt”ın və Azərbaycanın U-19 yığmasının hücumçusu Orxan Əliyevlə maraqlandıqları barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz Əliyevlə maraqlanmamışıq. “Sumqayıt”dan komandamızda görmək istədiyimiz yeganə futbolçu Uğur Pamukdu. Bununla da bağlı Sumqayıt klubu ilə danışıqlarımız davam edir”.
“Biz Əliyevlə maraqlanmamışıq. “Sumqayıt”dan komandamızda görmək istədiyimiz yeganə futbolçu Uğur Pamukdu. Bununla da bağlı Sumqayıt klubu ilə danışıqlarımız davam edir”.
