11 yanvar 2013 22:32

Sadıq Sadıqov: Bunun üçün Neftçiyə yeni futbolçular cəlb olunacaq

Hazırda Türkiyənin Antalya şəhərinin “Mardan” İdman Kompleksində məskunlaşmış “Neftçi”nin prezidenti Sadıq Sadıqov komandanın düşərgəsinə gəlib. Azerisport.az xəbər verir ki, hər zaman komandanın yanında olan klub prezidenti bu dəfə də onları tək qoymayıb.
 
Klub prezidentinin ilk gündən komandanın yanında olması futbolçularda əlavə ruh yüksəkliyi yaradıb. Sadıq Sadıqov burada yaradılmış şərait ilə yaxından tanış olandan sonra məşqçilər korpusu və komanda ilə görüş keçirib:
 
“Artıq neçə ildir ki, “Neftçi” qış hazırlıq mərhələsini bu məkanda keçirir. Yüksək səviyyədə hazırlıq üçün burada istənilən şərait var. Ardıcıl iki il ölkə çempionu olan “Neftçi”, Avropa Liqasında da qrup mərhələsinə adlayaraq tarix yazdı. Bunun davamını gətirmək üçün  hazırlıq dövründə məşqçilər heyəti, eləcə də futbolçular var qüvələri ilə çalışmalıdır. Artıq Bahodir Nasimov da müalicəsini başa vuraraq komandanın sıralarına qoşulub. Eyni zamanda komandanın gücləndirilməsi üçün yeni futbolçular da cəlb olunacaq. Bu futboçular arasında sağlam rəqabətin artmasına səbəb olmaqla yanaşı, komandanın gücünə güc qatacaq.
 
“Neftçi” PFK-da gənc futbolçuların yetişdirilməsini hər zaman diqqət mərkəzində saxlamışıq. Bu gün də əsas məqsədlərimizdən biri gənclərimizi daha da inkişaf etdirməkdir. Elə buna görə də, Antalya hazırlığına həmişə olduğu kimi əsas heyətin üzvləri ilə yanaşı gənc futbolçular da cəlb olunub. İnanıram ki, onlar özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Gənclərin daha təcrübəli komanda yoldaşları ilə birgə meydana çıxması inkişafa səbəb olacaq başlıca amillərdəndir. Bu gənclərin püxtələşməsi “Neftçi” ilə yanaşı Azərbaycan futboluna da gələcəkdə faydalı olacaq”.
 
Sonda “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov komandanın qazandığı  tarixi uğurun davamını gətirmək üçün əsas hədəfin çempionluq olduğunu bir daha vurğuladı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.