12 yanvar 2013 00:11
Tuyqun Nadirov Xəzər Lənkərandan gedənlərin adlarını açıqladı
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Branimir Subaşiçin komandadan gedişinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Komandanın baş məşqçisi Karles Bakes ona lazım olmayan futbolçuların siyahısını bizə təqdim edib. Həmin siyahıda Akif Tağıyev, Kamal Bayramov və Branimir Subaşiçin adı vardı. Bu, baş məşqçinin qərarıdı. Biz onunla mübahisə edə bilmərik”.