14 yanvar 2013 01:15
Türkiyə Kuboku: Fener də qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə B qrupu çərçivəsində bir görüş baş tutub.
“Eskisehirspor” “Mersin İdmanyurdu”nu doğma divarlar arasında məğlub edib. Bu qrupun digər oyununda isə “Antalyaspor” “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirib. Trabzonlular çətin qələbəyə sevinən tərəf olublar.
A qrupunun görüşləri isə bazar gününə təsadüf edib. “Sivasspor” “Bursaspor”u məğlub yola salıb. “1461 Trabzon”la qarşılaşan “Fenerbahce” də qələbə qazanıb.
Türkiyə Kuboku
Qrup mərhələsi
11 yanvar
B qrupu
Eskisehirspor – Mersin İdmanyurdu – 3:1
12 yanvar
Antalyaspor - Trabzonspor - 2:3
13 yanvar
A qrupu
Sivasspor - Bursaspor - 2:1
1461 Trabzon - Fenerbahce - 0:2
