11 yanvar 2013 11:23

Fərhad Vəliyev: Qarabağa qapıçı lazım deyil

“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev azerisport.az saytına müsahibəsində 2012-ci ili dəyərləndirib, eləcə də komandasının heyəti ilə bağlı fikirlərini açıqlayıb.
 
- Necə istirahət etdiniz?
- Çox yaxşı. Ailəmlə birgə Türkiyəyə getmişdim. Özümü yaxşı hiss edirəm. Artıq məşq etməyə hazıram.
 
- İndi Türkiyədə daha 26 gün keçirməlisiz...
- Düzünü deyim ki, məşqlər üçün çox darıxmışam. İstirahətin son günlərində hazırlıqlarımızın başlamasını səbrsizliklə gözləyirdim. Bizi çətin il gözləyir. Ona görə də qarşıdakı oyunlara ciddi hazırlaşmaq lazımdı.
 
- 2012-ci il sizin üçün nə ilə yadda qaldı?
- Mən bu ili iki hissəyə ayırardım. Birinci hissəsi mənim üçün uğursuz alındı. Çünki mən böyük zaman kəsiyində ehtiyatda qalmalı olurdum. Amma sonralar hər şey qaydasına düşdü. Artıq daha çox oynayıram. Lakin məni hər şeydən çox narahat edən məqam avrokuboklara vəsiqə qazana bilməməyimiz oldu.
 
- 2013-cü ildən nə gözləyirsiz?
- Şübhəsiz ki, ilk növbədə Azərbaycan çempionatının qalibi olmaq istəyirəm. Bunu çoxdan gözləyirəm. Özümdən isə sabit oyun və milliyə qayıtmağı gözləyirəm.
 
- “Qarabağ”ın yeni transferlərə ehtiyacı varmı?
- Düzünü deyim ki, belə sualları heç vaxt xoşlamamışam. Bunu baş məşqçiyə ünvanlamaq daha yaxşı olardı. Əlbəttə, bir-iki oyunçu almağımız bizə problem yaratmaz. Amma bunsuz da yaxşı heyətimiz var. Xeyli gənc və perspektivli futbolçumuz var.
 
- Hansı mövqelərə güclənmək lazımdı?
- Mənim üçün fərqi yoxdu. Ümumiyyətlə, mən belə hesab edirəm ki, maksimum bir oyunçu almaq olar.
 
- O da yəqin ki, dəqiq qapıçı deyil...
- “Qarabağ”a qapıçı dəqiq lazım deyil. Kifayət qədər qapıçımız var.
 
- Sizcə, Türkiyə toplanışı zamanı daha çox güclü komandalarla oynamaq faydalıdı, yoxsa ortabab və ya zəif klublarla?
- Güclü komandalara qarşı oynamaq mənim daha çox ürəyimcədi. Çünki belə rəqiblərlə sınaq matçlarının böyük faydası olur. Lakin məşqçilər korpusu fərqli məqamları da nəzərə ala bilər. Axı komandanı onlar hazırlaşdırırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.