12 yanvar 2013 00:08
Millimizin üzvü yenə meydana çıxmadı
Türkiyənin “Eskişehirspor” klubu ölkə kubokunda növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi qrup mərhələsinin ikinci tur çərçivəsində evdə “Mersin İdmanyurdu” ilə qarşılaşıb.
Görüş 3:1 hesabı ilə başa çatıb. Beləcə, əskişəhərlilər qrup mərhələsində ilk qələbələrinə seviniblər.
“Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Baş məşqçi Ersun Yanal ona ilk “18-lik”də də yer verməyib.
