11 yanvar 2013 11:56
Zlatinovun qardaşı İnterə gələsi olmadı
“İnter”in yarımmüdafiəçisi Petar Zlatinovun kiçik qardaşı – Vladislav ona komanda yoldaşı olmayacaq. Azerisport.az xəbər verir ki, onun Azərbaycan klubuna keçidi yenə baş tutmayıb.
Çünki, “Slaviya”nın imtina etdiyi futbolçu Bolqarıstanın digər klubuna – “Pirin”ə keçməyə qərar verib.
Qeyd edək ki, Vladislav Zlatinovun “İnter”ə keçidi 2009-cu ildə də gündəmə gəlmiş, amma alınmamışdı.
