11 yanvar 2013 12:14
Yığmamızın hücumçusu Kaiserslauternin əsas heyətində
Futbol üzrə Azərbaycan yığmasına dəvət alan Almaniyanın “Kaiserslautern” klubunun hücumçusu Rüfət Dadaşov Bundesliqa təmsilçisinin əsas komandasına cəlb olunub. Azerisport.az xəbər verir ki, o, artıq bu komanda ilə birgə Türkiyədə təlim-məşq toplanışındadı.
Rüfət “Kaiserslautern”in heyətində bir sınaq matçına da çıxıb. Onun komandası “Meştershaym”a 4:0 hesabıyla qalib gəldiyi görüşdə millimizin üzvü ikinci hissədə meydanda olub.
