11 yanvar 2013 12:27
Daha bir polşalı futbolçu Azərbaycan klubuna keçə bilər
Polşanın “Ruch” klubunun müdafiəçisi Petr Stavarçik karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlamasında məlumat verib.
“Fikrimcə, artıq komandamı dəyişməyin vaxtı gəlib. Menecerlər mənə çox zənglər edirlər, yeni variantlar təklif edirlər. Hazırda mənim karyeramı Azərbaycanda və Rusiyada davam etdirmək variantım var. Artıq menecerimə mənim adımdan danışıq aparmağa icazə vermişəm”.
