11 yanvar 2013 12:37
Denizlisporun baş məşqçisi: Arif İsayev güclü futbolçudu
Türkiyənin “Denizlispor” klubunun baş məşqçisi Səlahəttin Dərvənt Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevdən danışıb. Azerisport.az xəbər verir ki, o, həmyerlimizin çıxışı ilə bağlı bunları dilə gətirib:
“Biz elə futbolçular transfer etməyə çalışırıq ki, onlar komandadakı atmosferi korlamasınlar. Arif də belələrindəndi. O, güclü oyunçudu. Elə buna görədi ki, Azərbaycan yığmasında da oynayır. Lakin bununla kifayətlənmək istəmirik. Çalışacağıq ki, daha da güclənək”.