12 yanvar 2013 00:52
Bakı Abbasovla da yollarını ayırdı
“Bakı” daha bir futbolçusunun xidmətindən imtina edib. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu dəfə Ramazan Abbasovla yollarını ayırmağa qərar verib.
Belə ki, baş məşqçi Bojidar Bandoviç Abbasovun da komandada qalmasında maraqlı olmadığını açıqlayıb. “Bakı” yarımmüdafiəçiyə transfer vərəqini də təqdim edib və o, azad agent kimi istədiyi kluba keçə biləcək.
Qeyd edək ki, “Bakı” Abbasovdan öncə Cəmşid Məhərrəmov, Vangelis Mantsios, Nenad Kovaçeviç, Maris Verpakovski, İbrahimv Karqbo və Denis İvanovdan da imtina etmişdi.
