11 yanvar 2013 13:12
Qarabağın futbolçuları test verdi (FOTOREPORTAJ)
“Qarabağ” Antalyada təlim-məşq toplanışına davam edir. Azerisport.az xəbər verir ki, hazırlığın ilk günündə proqramda 2 məşq vardı.
Səhər çalışması 11:00-da baş tutmuşdusa, komanda gün ərzində “İC Santai”nin futbol meydançalarına 2-ci dəfə yerli vaxtla 17:00-da yollanıb. Bu çalışmada futbolçular ancaq yoxlanışdan keçiblər. Daha doğrusu, “Qarabağ”ın düşərgəsinə təşrif buyurmuş 6 nəfərlik təcrübəli qrup futbolçulardan laktat testi götürüblər. Havanın gözləniləndən soyuq olması test prosesinin bir qədər uzun sürməsinə gətirib çıxarıb. Belə ki, adı qeyd olunan test prosesi fasilələrlə 3 saata qədər davam edib.
