12 yanvar 2013 00:48

“Belə epizodlara görə hakimlər Azərbaycanın lehinə penalti təyin etməzlər”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov Rusiya mətbuatına müsahibəsində Sankt-Peterburqda keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdəki çıxışlarını şərh edib, Berti Foqtsdan danışıb, digər sualları cavablandırıb.
 
- Bu turnirə hazırlıq üçün yetərincə vaxtınz olub?
- Komanda turnirin startından təxminən iki həftə öncə bir araya gəlib. Amma hər şeydən çətin olan iş düzgün seleksiya aparmaqdı. Burda səhv etmək olmaz. Məni bu komandaya noyabrda baş məşqçi təyin etdilər. Birinci toplanışımıza 35 yerli futbolçu dəvət etmişdik. Dekabrda isə xaricdə oynayan azərbaycanlıları komandaya dəvət etdik. Məhz həmin futbolçuların arasından yığa bildiyimiz ən yaxşı futbolçuları da bu turnirə gətirmişik.
 
- Ötən ilki turnirə Sankt-Peterburq futbol məktəbindən yığmanızda dörd təmsilçi var idisə, bu il onların sayı minumuma enib...
- Piterdə çox güclü futbol məktəbləri var. Bu, Rusiyada ən yaxşılardan biri hesab olunur. Amma biz artıq 1996-cı il təvəllüdlü uşaqlarla çalışırıq. Hazırda isə yalnız mərkəz müdafiəçisi Elvin Bədəlov U-19-a dəvət alır. Bütövlükdə isə biz Azərbaycan yığmasında oynamaq istəyən hər bir həmyerlimizə şans verməyə çalışırıq.
 
- Bütün gənc rusiyalılar - Azərbaycanın patiotlarıdırlar?
- Biz hər şeydən öncə oyunçuların özləri, valideynləri ilə söhbətləşirik. Maraqlanırıq ki, o, yığmamızda oynamağa hazırdımı. Əgər görsək ki, 50 faiz Azərbaycan, 50 faiz Rusiya haqda düşünür, elələrindən imtina da edirik.
 
- Bir neçə il sonra Rusiya yığması məhz öz futbol məktəbinin yetirmələri olan Azərbaycan yığmasına qarşı oynaya bilər? Axı püşk tez-tez bu iki ölkəni üz-üzə qoyur...
- Bu da əlavə bir intriqadı (gülür). Azərbaycanda Rusiya ilə oyunlara çox böyük maraq olur. Komandanızla oyunların fonunda futbolumuzun nə qədər inkişaf etdiyinə baxırıq. Bu payız Moskvada Azərbaycan yığması layiqli oyun sərgilədi. Düşünürəm ki, Bakıda da maraqlı oyun alınacaq.

- Sizcə, “Lujniki”dəki oyunda nəticə ədalətli idi?
- Oyuna görə ruslar daha yaxşı təsir bağışladılar. Biz isə müdafiədən oynamağa çalışırdıq. Baş məşqçi Berti Foqtsun tələbi belə idi. Penaltilər, xüsusilə də oyunun sonunda təyin olunan cərimə zərbələri həmişə sual doğurur. Amma mən əmin deyiləm ki, hakimlər hər belə epizoda görə bizim lehimizə penalti təyin edərdilər.
 
- Apreldə Foqts Azərbaycanda beşinci ilini qeyd edəcək. O, bu illər ərzində istədiyinizi verə bilib? Ən azından komandaya intizam gətirməyi bacarıb?
- Düzgün qeyd etdiniz. İntizamın yoxluğu bizim üçün əksər hallarda başağrısı olurdu. Amma artıq bu planda hər şey qaydasındadı. Berti Foqts məsləhətlə çalışır. Gənclərdən ibarət yığmaların çalışdırıcılarını tez-tez bir araya gətirir. Çünki yeganə sistem üzrə işləməyə çalışırıq. Məsələn, yanvarın axırında birdən-birə üç yığmamız - U-21, U-19, U-17 Antalyaya gedəcək və birgə hazırlıq keçəcək.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.