11 yanvar 2013 13:41
Cavid Hüseynov 45 dəqiqə oynadı, komandası darmadağına sevindi (FOTOLAR)
Türkiyənin “Adana Demirspor” klubu daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Adana klubu bu dəfə “Gaziantep BB” ilə üz-üzə gəlib.
Görüş “Adana Demirspor”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov da iştirak edib. O, ilk 45 dəqiqədə meydanda olub, fasilədə əvəzlənib.
