11 yanvar 2013 14:17
David Petrkeviç: Niyə mən də Azərbaycan yığmasına kömək etməməliyəm?
“Simurq”un qapıçısı David Petrkeviç yenə Azərbaycan yığmasına dəvət alması barədə xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, Polşa mətbuatına müsahibəsində bunları dilə gətirib:
“Azərbaycanda qapıçılarla bağlı problem var. Fikrimcə, mənə də buna görə maraq göstərirlər. Berti Foqts və köməkçiləri çempionatın oyunlarını izləyirlər. Amma almaniyalı mütəxəssis mənimlə heç vaxt danışmayıb. Mən yığmada oynaya biləcəyimi eşidəndə yaxşı mənada təəccüblənmişdim. Bu, çətin qərardı. Axı necə də olmasa, mən polyakam. Amma digər tərəfdən Azərbaycan da mənim inkişaf etməyimdə yardımçı oldu. Niyə mən də bu ölkəyə kömək etməməliyəm”?

Petrkeviç komandasının çıxışından da danışıb: “Bu, klubun tarixi ərzindəki ən yaxşı mövsümdü. “Simurq”un özünün isə cəmi səkkiz yaşı var. Bizim əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdı. Bizə indi iki oyunda bir xal toplamaq da yetərlidi”.
25 yaşlı qapıçı Azərbaycana gələrkən müəyyən qədər tərəddüd etdiyini də etiraf edib: “Çünki bu ölkə haqda çox az şey bilirdim. Amma interneti açandan, maraqlanandan sonra gördüm ki, bu, elə digərləri kimi yaşamaq mümkün olan bir ölkədi. Çatışmayan nəsə yoxdu. Komandamız Zaqatalada qalır. Azərbaycanın paytaxtı Bakıya qədər 400 km-lik məsafə var. Zaqataladan Tiflisə də getmək mümkündü. Bunun üçün sadəcə 100 dollar taksi pulunuz çıxır”.
Petrkeviç Premyer Liqanın Polşa və Çexiya çempionatından zəif olduğunu bildirib: “Amma Azərbaycan böyük sürətlə inkişaf edir. Bu, çempionata da aiddi. Futbola böyük diqqət yetirilir, yeni oyunçular yetişir. Bu mövsüm “Neftçi” Avropa Liqasının qrup mərhələsində çıxış etdi”.
Petrkeviç həmyerlisi Sebastyan Milyanın Azərbaycan klubundan imtina etməsinə də münasibətini açıqlayıb: “O, Azərbaycanda oynamalıdı. Əgər təklif varsa, qoy getsin. Mən ona bu ölkədə çıxış etməyi məsləhət görürəm”.