11 yanvar 2013 14:39
Qəbələ Elhad Nəziri və Rüfət Dadaşova qarşı
“Qəbələ” Türkiyə toplanışı zamanı daha bir sınaqçı-rəqibinin kimliyinə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, Ramiz Məmmədovun komandası Moldovanın “Milsami” klubu ilə qarşılaşacaq.
Bu oyun fevralın 1-də baş tutmalıdı. Maraq üçün bildirək ki, “Milsami”də Azərbaycan yığmasının üzvü Elhad Nəziri də çıxış edir.
“Qəbələ”ni daha bir yığmamızın üzvü ilə də görüş gözləyir. Belə ki, yanvarın 25-də də bölgə təmsilçisi Rüfət Dadaşovlu “Kaiserslautern”ə qarşı forma geyməlidi.
