12 yanvar 2013 01:45
İnter də artıq Türkiyədədi
Ötən gün Bakı-İstanbul-Antalya marşrutu ilə təlim-məşq toplanışının keçiriləcəyi məkana yollanan "İnter" artıq məskunlaşacağı "Susesi" otelinə çatıb. Azerisport.az xəbər verir ki, bu gün səhər saatlarında "İnter" 2013-cü ildə ilk məşqinə çıxacaq.
Xatırladaq ki, komandanın Türkiyədəki toplanışı fevralın 4-nə kimi davam edəcək. Toplanış çərçivəsində "İnter" 6 yoxlama görüşündə güvvəsini sınayacaq.
