12 yanvar 2013 02:43
Simurqun Antalyadakı ilk məşqi (FOTOREPORTAJ)
Antalyaya təlim-məşq toplanışına yollanan "Simurq" ötən gün 2013-cü ildə ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, gündə iki dəfə olmaqla hazırlıqları davam etdirəcək komanda səhər çalışmalarına yerli vaxtla 11:00-da başlayıb. İkinci məşq isə 17:00-da baş tutub.
Baş məşqçi Georgi Çixradze əvvəlcə bütün komanda ilə qısa söhbət etdikdən sonra fiziki ağırlıqlı çalışmalara başlanılıb. İki qrupbaya bölünən futbolçular uzun məsafəli qaçışdan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin başçılığı altında onun tapşırıqlarını yerinə yetirib. İkinci məşq isə daha çox topla olub. Burdada qruplara bölünən futbolçular, qısa ötürmələr üzərində çalışıb.
